Moskva Vaşinqtona Kiyevə silah göndərməsini dayandırması tələbi ilə nota verib.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib.
“Vaşinqtondan Kiyevə 800 milyon dollar, məhz bu məbləğdə silah veriləcək. Bu böyük rəqəmdir və situasiyanın diplomatik həlli yollarına töhfə vermir. Nota vermişikmi? Bəli, biz ABŞ-ın Ukraynanı təpədən-dırnağa silahlandırmasının qəbuledilməz olduğunu vurğuladıq. Biz bu praktikanın dayandırılmasını tələb etdik”, - səfir vurğulayıb.