Bank Of Baku

Rusiya Çinə ikinci dəfə "S-400" kompleksləri hazırlayıb

Rusiya Çinə ikinci dəfə "S-400" kompleksləri hazırlayıb
# 09 aprel 2019 06:46 (UTC +04:00)

Rusiyanın müdafiə sənayesi müəssisələri Çin üçün ikinci dəfə “S-400” zenit-raket kompleksləri dəstini hazırlamalı olub.

ONA-nın verdiyi xəbərə görə, bu barədə “TASS” agentliyi hərbi-diplomatik nümayəndəliyə istinadən məlumat yayıb.

Bildirilir ki, ZRK dəsti tam hazırdır.

“Texnika Kapustin Yar poliqonunda yerləşir və orada onların təhvil-təslim yoxlamaları aparılır”, - deyə mənbə bildirib.

Qeyd olunur ki, “S-400”-lər Çinə iki ay sürəcək yoxlamalardan sonra veriləcək.

Xatırladaq ki, bundan əvvəl Çinin sifariş verdiyi “S-400” kompleksləri daşınma zamanı qasırğaya düşərək zədələnmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR