Bank Of Baku

Rusiya dronlarının Xarkova hücumu nəticəsində yaralananlar və dağıntılar var - VİDEO

Milli Əzcaçılıq Universitetinin binası

© APA | Milli Əzcaçılıq Universitetinin binası

# 16 sentyabr 2025 15:09 (UTC +04:00)

Bu gün Rusiya ordusunun Xarkova hücumu zamanı zərbə dronlarıdnan biri şəhərin Slobodski rayonunda yerləşən Milli Əzcaçılıq Universitetinin binasına dəyib.

APA xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Xarkov meri İqor Terexova istinadən məlumat yayıb.

Zərbə nəticəsində təhsil müəssisəsinin damı zədələnib və yanğın başlayıb.

Şəhər meri İqor Terexovun sözlərinə görə, yaralıların sayı dörd nəfərə çatıb.

Regional prokurorluq dronun universitetə dəydiyi anın videosunu yayımlayıb.

Kadrlardan binanın ciddi dağıntılara məruz qaldığı görünür.

https://t.me/apa_az/104256

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR