Rusiya HHQ Rostova hücum edən PUA-ları zərərsizləşdirib

Rusiya HHQ Rostova hücum edən PUA-ları zərərsizləşdirib
# 15 iyun 2024 09:59 (UTC +04:00)

Səhərin erkən saatlarında Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatları Rusiyanın Rostov vilayətinə hücum edib.

APA-nın xəbərinə görə, bu barədə video “ASTRA” teleqram kanalında paylaşılıb.

Vilayətin qubernatoru Vasili Qolubev bildirib ki, onların hamısı hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. Nəticədə PUA-ların qalıqları vilayətin Kamensk-Şaxtinsk rayonundakı kimyəvi məhsullar istehsal edən müəssisələrdən birinin ərazisinə düşüb.

İnsan tələfatı və ya xəsarət alanlarla bağlı məlumat verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR