Bank Of Baku

Rusiya Lvova hava zərbələri endirib, ölənlər və yaralananlar var - YENİLƏNİB

Rusiya Lvova hava zərbələri endirib, ölənlər və yaralananlar var - YENİLƏNİB
# 18 aprel 2022 11:41 (UTC +04:00)

Rusiya Ordusu Lvova endirdiyi raket zərbələri nəticəsində ölənlər var.

APA xəbər verir ki, bu barədə Lvov vilayətinin rəhbəri Maksim Kozitski "Facebook"da bildirib. "Qərb Hava Komandanlığının məlumatına görə, bu gün səhər saatlarında Lvova dörd raket zərbəsi endirilib. Üçü hərbi infrastruktura endirilib. Zərbələr nəticəsində yanğınlar baş verib. Yanğının söndürülməsi hələ də davam edir. Obyektlərə ciddi ziyan dəyib. Təəssüf ki, ölənlər və yaralananlar var. Bu saata olan məlumata görə, 6 ölü və 8 yaralı var. Ölənlər arasında bir uşaq da var".

***

10:38

Rusiya Ordusu Ukraynanın Lvov şəhərinə raket zərbələri endirib.

APA UNIAN-a istinadən xəbər verir ki, bu barədə Lvov vilayətinin rəhbəri Maksim Kozitski və Lvov şəhərinin meri Andriy Sadovi bildirib.

“Lvova 5 raket zərbəsi endirilib. Artıq müvafiq orqanların əməkdaşları həmin yerə yola düşüb. Biz daha ətraflı məlumat əldə etməyə çalışırıq", - Andriy Sadovi deyib.

Zərbələrin nəticələri və hücumun mümkün qurbanları hələlik məlum deyil.

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bu zərbələrin şəhəri mülki strukturuna endirildiyini vurğulayıb.

“Avropanın qədim şəhəri Lvovunun mülki infrastrukturuna eyni anda 5 güclü raket zərbəsi endirilib. Rusiya Ordusu Ukrayna şəhərlərinə havadan vəhşicəsinə hücumlarını davam etdirirlər, ukraynalıları öldürmək haqlarını bütün dünyaya rüsvayçılıqla bəyan edirlər”, - Mixail Podolyak "Twitter"də qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR