Bank Of Baku

Rusiya Lvovda dəmir yolu infrastrukturuna zərbə endirib

Rusiya Lvovda dəmir yolu infrastrukturuna zərbə endirib
# 25 aprel 2022 15:01 (UTC +04:00)

Rusiya Ukraynanın Lvov regionunda dəmir yolu infrastrukturuna raket zərbəsi endirib.

APA Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Lvov Regional Hərbi Administrasiyasının rəhbəri Maksim Kozitski məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla 08:30-da Lvov regionunun Krasne dəmir yolu stansiyasının yarımstansiyasına raket zərbəsi endirilib. Zərbədən sonra ərazidə yanğın baş verib.

“Lvov regionu ərazisində bir raket Qərb Aviasiya Komandanlığının HHM qüvvələri tərəfindən məhv edilib. Raketlər cənub-şərq istiqamətindən Ukraynanın qərbinə uçublar. Rusiya işğalçıları onları strateji təyyarədən atıblar, ehtimal ki, Tu-95. Məlumat aydınlaşdırılır”, - bəyanatda bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR