Bank Of Baku

Rusiya ordusu Konstantinovkanı bombalayıb, 5 nəfər ölüb

Rusiya ordusu  Konstantinovkanı bombalayıb, 5 nəfər ölüb
# 18 sentyabr 2025 17:03 (UTC +04:00)

Donetsk vilayətinin Konstantinovka şəhəri Rusiya ordusu tərəfindən bombalanıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb.

Qeyd edilib ki, nəticədə 5 nəfər ölüb.

Rusiya ordusunun FAB-250 tipli aviasiya bombası ilə şəhərin yaşayış sektorunu vurması nəticəsində həlak olanların ikisi qadın, üçü kişi olub.

Partlayış nəticəsində 4 çoxmənzilli yaşayış binasına ciddi ziyan dəyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR