Ukraynanın Priluki şəhərində Rusiya ordusunun raket zərbəsi nəticəsində ölənlərin sayı 16-ya çatıb.
APA xəbər verir ki, bu barədə Çerniqov vilayəti üzrə Ukrayna Milli Polisi məlumat yayıb.
Bildirilib ki, ölənlərdən 4-ü uşaqdır.
Daha 55 nəfər yaralanıb, onlardan 7-si uşaqdır.
Məlumata görə, Rusiya raketi yaşayış binasına düşüb. Hazırda dağıntılar altında insanların axtarışı davam etdirilir.
***
11:00
Rusiya ordusu Ukraynanın Çerniqov vilayətinin Priluki şəhərinə raket zərbələri endirib.
“Unian” xəbər verir ki, hücum nəticəsində ölənlər və yaralananlar var.
Məlumata görə, raketlərdən biri çoxmərtəbəli yaşayış binasına düşüb.
4 nəfərin öldüyü, daha 20 nəfərin yaralandığı bildirilir, onların arasında 3 uşaq da var.
Bundan başqa oktyabrın 7-də Poltava vilayətinin Kremençuq şəhərinə Rusiya ordusunun kütləvi hücumu baş verib, nəticədə yaşayış infrastrukturuna, o cümlədən çoxmənzilli binalara ziyan dəyib.
İlkin məlumata görə, 2 nəfər ölüb, daha 7 nəfər yaralanıb, xilasetmə əməliyyatı davam edir.