Bank Of Baku

Azərbaycan və Ermənistana keçmiş Yuqoslaviya ölkələri nümunəsində qazıntı aparılması təklif edilib

ICMP-nin baş direktoru Katrin Bomberger

© APA | ICMP-nin baş direktoru Katrin Bomberger

# 07 oktyabr 2026 16:45 (UTC +04:00)

Azərbaycan və Ermənistana keçmiş Yuqoslaviya ölkələri nümunəsində qazıntı proseslərini aparması təklif edilib.

APA xəbər verir ki, bunu bunu ICMP-nin baş direktoru Katrin Bomberger İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransda təşkil olunan panel sessiyada deyib.

O bildirib ki, qarşılıqlı data-baza məlumatının olması çox vacibdir: “Bizim Azərbaycan və Ermənistana tövsiyəmiz odur ki, keçmiş Yuqoslaviya ölkələri arasındakı modeli nəzərdən keçirsinlər və birgə qazıntı prosesi yaratsınlar. Məhkəmə qərarı və hüquqi proses vasitəsilə bir ölkənin nümayəndəsinin digər ölkədə təmsil olunmasına və sahəyə nəzarət etməsinə imkan verərdi. Çünki yaddan çıxarmayaq ki, belə hallarda tələb olunan məhz məhkəmə istintaqıdır. İndi müstəqil testlər ola bilər və ya hər ölkə öz testini həyata keçirə bilər, lakin həmin testləri yoxlamağın bir yolu olmalıdır. Qarşılıqlı işləyə bilən DNT və ya məlumat bazası sistemləri də məhz burada köməyə gəlir, çünki siz həmin məlumatları paylaşa bilərsiniz.

Biz DNT uyğunluğu nəticələrini əldə etdikdən sonra həmin nəticələr hər bir hökumətə eyni vaxtda məlum olurdu. Transsərhəd münaqişələrlə üzləşən bir çox digər dövlətlərə tövsiyə etdiyimiz və etməkdə olduğumuz bir addımdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR