Bank Of Baku

Gürcüstan lideri Avropa Parlamentini yalan yaymaqda ittiham edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze

© APA | Gürcüstanın Baş naziri İrakli Kobaxidze

# 07 oktyabr 2026 18:24 (UTC +04:00)

“Avropa Parlamenti heç bir maraq kəsb etmir. Hamıya yaxşı məlumdur ki, bu qurum son zamanlar yalandan başqa heç nə yaymır”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, məhkəmə işlərini siyasiləşdirməyə cəhd etmək hüququn aliliyi prinsipinə birbaşa ziddir.

“Konkret bir Avropa qurumunun bunu anlamaması faciəvi haldır. Onlar məhkəmə qərarına siyasi təsir göstərməyə çalışırlar. Əlbəttə ki, buna nail ola bilməyəcəklər, lakin onlar xüsusilə də Konstitusiya Məhkəməsinin fəaliyyəti ilə bağlı məsələyə siyasi müdaxilənin yolverilməz olduğunu qətiyyən dərk etmirlər”, - Baş nazir əlavə edib.

Qeyd edək ki, bu gün Avropa Parlamentində “Hakim “Gürcü Arzusu” partiyasının Gürcüstanda müxalifət partiyalarını qadağan etmək cəhdləri” mövzusunda debat keçiriləcək. Müzakirələrin nəticəsi olaraq sabah tənqidi qətnamənin qəbulu gözlənilir.

Xatırladaq ki, Gürcüstanın Konstitusiya Məhkəməsi hakim “Gürcü Arzusu” partiyasının müxalifət partiyalarının ləğvi ilə bağlı iddiasını artıq nəzərdən keçirməyə başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR