Bank Of Baku

Rusiya PUA-larla Kiyevə hücum edib, paytaxtda HHM sistemləri işə düşüb

Rusiya PUA-larla Kiyevə hücum edib, paytaxtda HHM sistemləri işə düşüb
# 01 iyul 2026 23:24 (UTC +04:00)

Rusiyanın pilotsuz uçuş aparatları ilə hücumu fonunda Kiyev yaxınlığında hava hücumundan müdafiə (HHM) sistemləri fəaliyyətə başlayıb.

Bu barədə "RBK-Ukrayna" Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkoya istinadən məlumat yayıb.

"Kiyevlilər, hazırda paytaxtın yaxınlığında HHM bölmələri düşmən hədəflərinə qarşı işləyir", - deyə Tkaçenko bildirib.

Onun sözlərinə görə, dronların paytaxt istiqamətində hərəkətini davam etdirməsi ehtimalı var.

O, yaxın günlərdə kombinə edilmiş hücumun da mümkün olduğunu qeyd edib.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri sakinləri hava həyəcanı ləğv edilənədək sığınacaqlarda qalmağa çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR