Rusiya qoşunları PUA-larla Ukraynanın Sumı vilayətinə hücum edib.
APA OBA-ya istinadən xəbər verir ki, səhər saatlarında Suminin kənarındakı sənaye zonasına PUA-ların hücumu nəticəsində bir mühafizəçi həlak olub.
Sumı vilayətinin Bititsky rayonuna da üç raket zərbəsi endirilib.
Hücumlar nəticəsində 3 nəfər ölüb, ən azı 5 nəfər yaralanıb.