“Son həftələr Kiyev və Moskva arasında yüksək səviyyəli təmaslar olmayıb”.
APA xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba CBS telekanalına müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, Rusiya-Ukrayna danışıqları ekspertlər səviyyəsində davam edə bilər.
“Buçadan sonra ruslarla danışmaq xüsusilə çətinləşdi”,- deyə Kuleba bildirib.