Rusiya Ukrayna üzərində fəaliyyət göstərəcək “Ştorm” adlı yeni elit hücum aviasiya qrupu yaradır.
APA xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında bildirilib. Qeyd olunub ki, qrupa azı 1 eskadra Su-24 və Su-34 qırıcı-bombardmançı təyyarələri və bir eskadra hücum helikopterlərinin daxil olacağı ehtimal edilir.
Qeyd olunub ki, qrupun qarışıq aviasiya vasitələrinə malik olmasına görə, onun başlıca rolunun quru hücumları missiyaları olacağını ehtimal edilir.
Əlavə olunub ki, Rusiya MN yüksək maaş və təşviqlərlə yüksək bacarıqlı və motivasiyalı pilotların, həmçinin təqaüddə olan pilotların rekrutuna çalışır.
Kəşfiyyatın məlumatında bildirilib ki, qrupun yaradılması Rusiyanın öz müntəzəm hava qüvvələrinin Ukrayna xəttinə hava zərbələri endirmək performansını zəif hesab etdiyini göstərir.