Rusiya XİN Fransanın Ukraynaya qoşun göndərmək niyyətinə cavab verib

Rusiya XİN Fransanın Ukraynaya qoşun göndərmək niyyətinə cavab verib
# 22 may 2024 10:15 (UTC +04:00)

Fransanın Ukraynaya qoşun göndərməsinə cavabımız təkcə siyasi xarakterli olmayacaq.

APA-nın “gazeta.ru”ya istinadən xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, rəsmi Moskva bununla bağlı Fransa hakimiyyətinə bir neçə dəfə xəbərdarlıq göndərilib:

“Fransa Prezidenti Emmanuel Makronun rəhbər tutduğu kəskin ritorikanı bu ölkənin NATO-dakı tərəfdaşları da dəstəkləyir. Nəzərə alınmalıdır ki, NATO əsgərlərinin Ukraynaya göndərilməsi ilə bağlı bəyanatları Fransa xalqının böyük əksəriyyətində ikrah hissi doğurur” - Rusiya XİN-in məlumatında belə deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR