Zaporojyedə baş verən hava zərbəsi nəticəsində xəsarət alanların sayı 24 nəfərə yüksəlib.
APA xəbər verir ki, Vilayət Hərbi Administrasiyasının məlumatına görə, xəsarət alanlar arasında iki uşaq da var.
****
15:02
Rusiya ordusu Ukraynanın Zaporojye şəhərinə idarəolunan aviasiya bombası ilə zərbə endirib, nəticədə biri uşaq olmaqla 18 nəfər xəsarət alıb.
Bu barədə “RBC-Ukrayna” Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorova istinadən məlumat yayıb.
Məlumata görə, zərbə nəticəsində avtomobillər yanıb, fərdi yaşayış evinə ziyan dəyib.