Bu ilin yanvar-iyul aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 55 milyard 631,8 milyon manata çatıb.
“APA-Economics” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,8% çoxdur.