Bu ilin yanvar-iyul aylarında əsas kapitala 11 milyard 111,9 milyon manat məbləğində investisiya yönəldilib.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu götərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,7% çoxdur.
Hesabat dövründə qeyri neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 7 milyard 403,3 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 1,9% artım deməkdir.