Bank Of Baku

Rusiyanın tapşırığı ilə ukraynalı siyasətçilərin qətlində iştirak edən britaniyalı həbs edilib

Böyük Britaniya vətəndaşı Ross David Katmor

© APA | Böyük Britaniya vətəndaşı Ross David Katmor

# 02 dekabr 2025 13:34 (UTC +04:00)

Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əks kəşfiyyatı Britaniya xüsusi xidmət orqanları ilə birlikdə 2024–2025-ci illərdə Rusiya xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirən Böyük Britaniya vətəndaşı Ross David Katmoru ifşa edib.

APA xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Təhlükəsizlik Xidmətindəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxs ehtimal ki, Ukraynada kəşfiyyat-diversiya fəaliyyəti ilə məşğul olub. O, həbs edilib və nəzarət altındadır.

Mənbənin məlumatına görə, Ross David Katmor Ukraynaya 2024-cü ildə hərbçilərin hazırlanmasına kömək etmək üçün təlimatçı kimi gəlib. O, orduda xidməti və Yaxın Şərqdə əməliyyatlarda iştirakı zamanı əldə etdiyi döyüş təcrübəsinə malik olub.

İstintaqın versiyasına görə, Rusiya xüsusi xidmət orqanları Katmora Ukraynada “hədəfli qətllər” törətmək üçün odlu silah və sursat verib. Xüsusilə, onun Ukraynaya gətirdiyi silahlarla Demyan Qanul, İrina Farion və parlamentin deputatı, Ali Radanın keçmiş spikeri və Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibi Andrey Parubiyin öldürüldüyünə dair əsaslı şübhələr mövcuddur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR