Bank Of Baku

Saakaşvilinin partiyasının sabiq sədri saxlanılıb

Levan Xabeişvili

© APA | Levan Xabeişvili

# 11 sentyabr 2025 17:24 (UTC +04:00)

Gürcüstanda sabiq prezident Mixail Saakaşvilinin təsis etdiyi Vahid Milli Hərəkat Partiyasının keçmiş sədri Levan Xabeişvili planlaşdırılan mitinqdə təhlükəsizlik işçilərinə 200 min dollar məbləğində rüşvət vədlərinə görə Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.

APA Gürcüstan mediasına istinadən xəbər verir ki, Xabeişvilinin “Formula” teleşirkətinin yaxınlığında saxlanıldığı bildirilir.

Sabiq Baş prokuror Zodelava da Levan Xabeişvili ilə birgə saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR