Moldovanın hazırkı prezidenti Maia Sandu prezident seçkilərində 39,87%, keçmiş baş prokuror Aleksandr Stoyanoqlo isə 27,58% səs toplayıb.
APA xəbər verir ki, bu ilkin nəticələr Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən səslərin 95%-i sayıldıqdan sonra dərc edilib.
“Bizim partiya”nın lideri Renato Usatıy 13,74% səslə üçüncü yerdə qərarlaşıb.
Seçkinin nəticələrində sonrakı yerləri Qaqauziyanın keçmiş rəhbəri İrina Vlah (5,72%), sabiq prokuror Viktoriya Furtuna (4,76%), keçmiş baş nazirlər Vasili Tarlev (3,37%) və İon Çiku (2,19%) tutublar.
Qeyd edək ki, namizədlərdən heç birinin 50%-dən artıq səs toplamaması səbəbilə noyabrın 3-də seçkilərin ikinci turu keçiriləcək. İkinci turda isə seçkilərin birinci turunda ən yüksək nəticə əldə etmiş ilk iki namizəd prezidentlik uğrunda mübarizə aparacaq.
***
23:42
Moldovanın hazırkı prezidenti Maia Sandu prezident seçkilərində 35% nəticə ilə liderdir.
APA xəbər verir ki, bununla bağlı ilkin nəticələr Moldova Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən səslərin 50%-nin sayılmasından sonra dərc edilib.
Onu 29 faiz səslə keçmiş baş prokuror Aleksandr Stoyanoqlo izləyir. “Bizim partiya”nın lideri Renato Usatıy isə 14% səslə üçüncü yerdədir.
Nəticələrdə dördüncü yeri sabiq prokuror Viktoriya Furtuna (6%) tutur. Onun ardınca Qaqauziyanın sabiq rəhbəri İrina Vlah (5%), keçmiş baş nazir, “Moldovanın Gələcəyi” partiyasının rəhbəri Vasili Tarlev (3%) və sabiq baş nazir İon Çiku (2%) gəlir.
Seçkinin qalibi səslərin yarıdan çoxunu toplayan namizəd olacaq. Əks halda noyabrın 3-də birinci turun ilk iki liderinin iştirak edəcəyi ikinci tur təşkil olunacaq.