Moldova Rusiyadan təbii qaz alışını tamamilə dayandırıb.
APA xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu “X” sosial şəbəkəsində bildirib.
“Moldova sıfır həcmdə Rusiya qazı alır. Rumıniya ilə daha iki elektrik ötürücü xəttinin istifadəyə verilməsi də planlaşdırılır”, – dövlət başçısı qeyd edib.
Sandu, həmçinin Vulkaneşt–Kişineu elektrik ötürücü xəttinin istismara verildiyini açıqlayıb.
Onun sözlərinə görə, yeni xətt Moldovanın Rumıniya və Avropa enerji sistemi ilə əlaqələrini gücləndirir.
Bununla belə, yeni marşrut üzrə elektrik enerjisi təchizatının da daha baha başa gələcəyi bildirilir.
Qeyd edək ki, bu açıqlama Moldovada enerji böhranı və yanacaq qiymətlərinin artması fonunda səsləndirilib.