Moldova Prezidenti Maya Sandu xarici ölkələrdə yaşayan vətəndaşları seçkilərdə daha fəal olmağa çağırıb.
APA xəbər verir ki, bu barədə Sandu “Telegram” kanalında videomüraciət ünvanlayıb.
“Hörmətli diasporadan olan moldovalılar, müstəsna səfərbərliyinizə görə təşəkkür edirik! Siz qeyri-adi bir qüvvəsiniz. Qorxmayın. Seçkilərə gəlməyə davam edin”, - Sandu vurğulayıb.