Aİ Şurasının Prezidenti Şarl Mişel Mərkəzi Asiya ölkələri liderlərinin iclasına dəvət olunub.
APA xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomard Tokayev Aİ liderini oktyabrın 26-27-də Astanada keçiriləcək Mərkəzi Asiya ölkələri liderlərinin iclasına dəvət edib.
Aİ Şurasının Prezidenti bu dəvətdən məmnun olduğunu ifadə edib və bildirib ki, regiona səfəri çərçivəsində o, oktyabrın 28-də Özbəkistana səfər edəcək və Prezident Şovkat Mirziyoyevlə görüşəcək.
"Aİ Mərkəzi Asiya ilə əlaqələri dərinləşdirməyə və regiondaxili əməkdaşlığı dəstəkləməyə hazırdır", - Aİ Şurasının Prezidenti vurğulayıb