Bank Of Baku

Şarl Mişel Orbanla Macarıstanın Aİ Şurasına sədrliyini müzakirə edib - FOTO

Şarl Mişel Orbanla Macarıstanın Aİ Şurasına sədrliyini müzakirə edib - FOTO
# 27 noyabr 2023 13:30 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Macarıstan Baş naziri Viktor Orbanla görüşüb.

APA xəbər verir ki, bu barədə Aİ Şurası Prezidentinin "X" hesabında məlumat verilib.

Prezident Mişel bildirib ki, onun Budapeştə səfərinin məqsədi Macarıstanın Avropa İttifaqı Şurasına sədrliyi prosesini müzakirə etməkdir.

"Bizim əsas gücümüz olan Avropa İttifaqının həmrəyliyi daimi səy tələb edir", - Şarl Mişel bildirib.

Qeyd edək ki, yanvar ayından Aİ Şurasına sədrlik İspaniyadan Macarıstana keçir və bu iyun ayına qədər davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR