Bank Of Baku

Şarl Mişel yanvarın 13-də Çexiyaya səfər edəcək

Şarl Mişel

© APA | Şarl Mişel

# 12 yanvar 2022 05:10 (UTC +04:00)

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel yanvarın 13-də Çexiyaya səfər edəcək.

APA xəbər verir ki, bu barədə Çexiya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində Ş.Mişel Praqada respublikanın baş naziri Petr Fiala ilə danışıqlar aparacaq.

Bildirilib ki, danışıqların əsas mövzusu Çexiyanın Avropa İttifaqı Şurasında qarşıdan gələn (iyulun 1-dən) sədrliyinə hazırlıq olacaq: “Fiala və Mişel Avropa Şurasının qarşıdan gələn iclası, eləcə də Avropa üçün digər aktual məsələlər - enerji qiymətləri, qanunun aliliyi, miqrasiya və Aİ-nin ticarət siyasəti haqqında danışacaqlar”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR