Si Cinpin Macarıstan və Fransaya səfər edəcək

Si Cinpin Macarıstan və Fransaya səfər edəcək
# 25 aprel 2024 17:24 (UTC +04:00)

Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin Macarıstana səfər edəcək.

APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Macarıstanın Baş nazirinin ofis rəhbəri Gergely Gulyas mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ÇXR sədri Si Cinpin mayın 8-10-da Macarıstanda səfərdə olacaq.

Macar rəsmi onun ölkəsinin mümkün qədər çox ölkə ilə yaxşı iqtisadi əlaqələr qurmaqda maraqlı olduğunu və Çinin "Avropa İttifaqından daha güclü" və dünyanın aparıcı güclərindən biri olduğunu söyləyib.

"Macarıstan düşünür ki, iqtisadi əlaqələrə gəldikdə ideoloji sərhədlər qoymağa dəyməz və biz Çin liderinin iki günlük səfərindən məmnunuq", - Gulyas bildirib.

Qeyd edək ki, Avropaya səfəri çərçivəsində Si Cinpin Fransaya da gedəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR