Kir Starmerin Böyük Britaniyanın Baş naziri vəzifəsindən gedişi Vestminsterdə hökm sürən xaosu və Britaniya ilə əlaqələrimizi kəsməklə gələcəyimizin daha yaxşı təmin olunacağını göstərir.
APA xəbər verir ki, bunu Şimali İrlandiyanın birinci naziri Mişel O'Neill “X”-də yazıb.
O bildirib ki, Britaniya hökumətlərinin siyasəti ölkənin ictimai xidmətlərinə və iqtisadiyyatına mənfi təsir göstərib: “Britaniya hökumətləri ictimai xidmətlərimizi ixtisar edib və iqtisadiyyatımızı zəiflədib. Nəticədə adi insanlar yaşayış xərcləri ilə mübarizə aparır, kiçik bir elita isə getdikcə daha da varlanır”.
O’Neill yeni Britaniya hökuməti ilə əməkdaşlığa hazır olduğunu, lakin yanaşmanın dəyişməli olduğunu vurğulayıb: “Mən gələcək Britaniya Baş naziri ilə konstruktiv işləməyə hazıram, amma açıq şəkildə deyirəm ki, tamamilə fərqli yanaşmaya ehtiyac var”.
Şimali İrlandiyanın birinci naziri ölkəsində yaşayan insanların ikinci dərəcəli vətəndaşlar olmadığını, onların da ictimai xidmətlərə ədalətli sərmayə, yaşayış böhranı zamanı real dəstək və öz gələcəyini müəyyən etmək üçün demokratik hüquqlarına hörmət tələb etdiklərini qeyd edib.