Bank Of Baku

Şimali Makedoniya Rusiyanın daha 6 diplomatını ölkədən çıxarır

Şimali Makedoniya Rusiyanın daha 6 diplomatını ölkədən çıxarır
# 15 aprel 2022 14:47 (UTC +04:00)

Şimali Makedoniya Rusiyanın daha 6 diplomatını "arzuolunmaz şəxs" elan edib.

APA xəbər verir ki, bu barədə Şimali Makedoniyanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, bu gün Rusiyanın ölkədəki səfiri Sergey Bazdnikin XİN-ə çağırılıb və ona səfirliyin 6 əməkdaşının "persona non grata" elan olunması ilə bağlı nota təqdim olunub.

Qeyd olunub ki, bu diplomatlar Diplomatik Münasibətlərlə bağlı Vyana Konvensiyasını pozub və onlar qarşıdakı 5 gün ərzində ölkə ərazisini tərk etməlidirlər.

Xatırladaq ki, daha əvvəl Şimali Makedoniya Rusiyanın 5 diplomatını ölkədən çıxarıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR