Siyarto: Budapeşt Aİ, Kiyev və Moskva arasında vasitəçilik etməyə hazırdır

Siyarto: Budapeşt Aİ, Kiyev və Moskva arasında vasitəçilik etməyə hazırdır
# 16 iyun 2024 23:14 (UTC +04:00)

Budapeşt Avropa İttifaqı (Aİ), Kiyev və Moskva arasında kommunikasiyada vasitəçilik xidmətlərinin göstərilməsinə kömək etməyə hazırdır.

APA "Daily News Hungary" portalına istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto, iyunun 16-da İsveçrədə Ukrayna ilə bağlı sammitin iclaslarından birində çıxış edərkən deyib.

“Biz Avropada Rusiya Federasiyası ilə əlaqə kanallarını kəsməyən sonuncu ölkəyik. Onlar açıqdırlar, ona görə də bu məsələdə, bizim rolumuz zəruridirş. Biz onlara kömək etməyə və danışmağa hazırıq, amma lütfən bunu mənfi qəbul etməyin”, - nazir vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR