Bank Of Baku

Siyarto: Macarıstan Aİ-nin Gürcüstan rəhbərliyinə sanksiyalarına heç vaxt razılıq verməyəcək

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto

© APA | Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto

# 01 dekabr 2025 22:50 (UTC +04:00)

Macarıstan Avropa İttifaqının Gürcüstan rəhbərliyinə qarşı sanksiyalar tətbiq etməsinə heç vaxt razılıq verməyəcək.

APA xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Budapeştdə Tbilisi meri Kaxa Kaladze ilə görüşdən sonra bildirib.

“Biz, macarıstanlılar, həmişə gürcüləri dəstəkləyəcəyik. Aİ-nin Gürcüstan rəhbərliyinə qarşı sanksiya tətbiq etməsinə heç vaxt imkan verməyəcəyik. Macarlar yaxşı bilir ki, axına qarşı üzmək nə deməkdir”, – nazir jurnalistlərə açıqlamasında deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR