Skandinaviya və Baltikyanı ölkələrin xarici işlər nazirləri Ukraynaya səfər edib.
APA Norveçin NTB xəbər agentliyinə istinadən xəbər verir ki, Skandinaviya və Baltik ölkələrinin xarici işlər nazirləri Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşmək üçün Odessaya gediblər.
Bildirilib ki, səfərə Danimarka Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç və İsveçin xarici işlər nazirləri qatılıb.