Bank Of Baku

Slovakiyada fövqəladə vəziyyət ləğv ediləcək

Slovakiyada fövqəladə vəziyyət ləğv ediləcək
# 21 fevral 2022 05:24 (UTC +04:00)

Slovakiya hökuməti ötən il noyabrın 25-də koronavirusa görə tətbiq edilmiş fövqəladə vəziyyəti fevralın 22-dən ləğv etməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə TASS informasiya agentlyi məlumat yayıb.

Səhiyyə naziri Vladimir Lenqvarski epidemoloji vəziyyətin yaxşılaşdığını və buna görə də fövqəladə rejimə ehtiyac olmadığını bildirib.

Bu arada, Slovakiyada əksər məhdudiyyətlər fevralın 28-də ləğv ediləcək. Bu barədə fevralın 16-da Baş naziri Eduard Heqer məlumat verib.

Martın sonunda kütləvi tədbirlərdə iştirakçıların sayına qoyulan məhdudiyyətlərin aradan qaldırılması planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR