Bank Of Baku

Şolts: “Almaniyanın Ukraynaya F-16 tədarükündə iştirakı müzakirə olunmur”

Olaf Şolts

© APA | Olaf Şolts

# 21 may 2023 09:04 (UTC +04:00)

Almaniya kansleri Olaf Şolts bildirib ki, Almaniyanın Ukraynaya F-16 qırıcılarının mümkün tədarükündə iştirakı müzakirə edilmir.

APA xəbər verir ki, Şolts bu barədə mayın 21-də Xirosimada keçirilən G-7 sammiti çərçivəsində RTL və N-TV telekanallarına müsahibəsində bildirib:

“Birincisi, hamı bilir ki, bizdə belə təyyarələr belə yoxdur”

Eyni zamanda, Almaniya hökumətinin başçısı xatırladıb ki, Almaniya ilk növbədə Kiyevə “indi birbaşa əhəmiyyət kəsb edən” dəstək verir.

"Bunlar bizim təşkil etdiyimiz və yaxın gələcəkdə də təşkil edəcəyimiz tanklar, döyüş sursatları, müxtəlif hava hücumundan müdafiə vasitələrinin çatdırılmalarıdır", - Şolts izah edib.

Şolts Ukraynaya ABŞ-dan sonra ən çox dəstək verən ölkənin Almaniya olduğunu təkrarlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR