Bank Of Baku

Şolts “Taurus” raketlərinin Ukraynaya mümkün tədarükünü səhv addım adlandırıb

Şolts “Taurus” raketlərinin Ukraynaya mümkün tədarükünü səhv addım adlandırıb
# 24 oktyabr 2024 23:49 (UTC +04:00)

Almaniya kansleri Olaf Şolts “Taurus” uzaqmənzilli qanadlı raketlərinin Ukraynaya tədarükünü yanlış yanaşma adlandırıb və münaqişənin gərginləşməsinə töhfə verəcək müəyyən silahları ötürməyəcəyini bildirib.

APA xəbər verir ki, o bunu ZDF telekanalına müsahibəsi zamanı deyib.

“Taurus” raketlərinin təchizatı ilə bağlı mövqeyim aydındır. Düşünürəm ki, bu, yanlışdır”, - deyə o bildirib.

Bundan bqşa “Hər şeyi ölçüb-biçmək lazımdır. Bu, Almaniyada hər kəsin güvənə biləcəyi bir şeydir. Buna görə də mən eskalasiyaya töhfə verəcəyini düşündüyüm bəzi silahları tədarük etməyəcəyəm” deyən hökumət başçısı tələsik qərar verməyəcəyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR