Gürcüstan Avropa İttifaqı namizədi statusu əldə etməsi üçün Avropa Komissiyası tərəfindən təqdim edilmiş tövsiyələrin 80 faizini yerinə yetirib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib. O, yekun qiymətləndirmənin komissiya tərəfindən aparılacağını əlavə edib.
Papuaşvili qeyd edib ki, müxtəlif paytaxtlarda aparılmış şifahi kommunikasiyalar və görüşlər zamanı Gürcüstanda parlament nəzarəti, seçki islahatları, gender məsələləri, anti-korrupsiya məsələləri, mütəşəkkil cinayətkarlıq kimi sahələrə dair qiymətləndirmələrin müsbət olduğu aydın olub.