Bank Of Baku

Şri-Lakada partlayışlarda 2 Türkiyə vətəndaşı ölüb

Şri-Lakada partlayışlarda 2 Türkiyə vətəndaşı ölüb
# 21 aprel 2019 15:22 (UTC +04:00)

Bu gün Şri-Lankada törədilən terrora aktları nəticəsində 2 Türkiyə vətəndaşı həyatını itirib.

ONA-nın məlumatına görə, bu barədə NTV telekanalı Türkiyənin Şri-Lankadakı diplomatik nümayəndəliyinə istinadən məlumat yayıb.

Ölən Türkiyə vətəndaşlarının şəxsiyyəti açıqlanmayıb.

Qeyd edək ki, bu gün Şri-Lankada paytaxt Kolomboda 3 oteldə və bir kilsədə, Neqombo qəsəbəsində isə iki kilsədə partlayış törədilib. Partlayışlar nəticəsində ən azı 185 nəfər ölüb. Sonra daha iki partlayışın törədildiyi  açıqlanıb. 

Şri-Lanka hakimiyyəti terror aktlarında ölənlərdən 35 nəfərin əcnəbi olduğunu açıqlayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR