Stoltenberq: Çinin siyasəti təhlükəsizliyimizə çətinliklər yaradır

NATO Baş katibi Yens Stoltenberq

© APA | NATO Baş katibi Yens Stoltenberq

# 27 noyabr 2023 15:40 (UTC +04:00)

"NATO XİN rəhbərləri Çinin bizim təhlükəsizliyimizə qarşı yaratdığı problemləri müzakirə edəcək".

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq mətbuat brifinqində deyib.

"Biz Çin və müttəfiqlərimiz arasında son müzakirələri təqdir edirik, çünki dialoq vacibdir. Biz Çinlə iqlim dəyişikliyi və silahlara nəzarət kimi müxtəlif sahələrdə birgə işləmək imkanlarına baxmalıyıq. Çin düşmənimiz deyil, lakin bizim təhlükəsizliyimizə qarşı Pekinin hərəkətlərinin yaratdığı çətinliklərə cavab vermək üçün birgə işləməliyik", - NATO Baş katibi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR