Stoltenberq Estoniya Baş naziri ilə Rusiya sərhədindəki vəziyyəti müzakirə edib

Estoniya Baş naziri Kaya Kallas və NATO Baş katibi Yens Stoltenberq

© APA | Estoniya Baş naziri Kaya Kallas və NATO Baş katibi Yens Stoltenberq

# 24 may 2024 18:42 (UTC +04:00)

NATO Baş katibi Yens Stoltenberq və Estoniya Baş naziri Kaya Kallas arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Yens Stoltenberqin "X" hesabında bildirilib.

"Estoniya Baş naziri Kaya Kallas ilə danışdım. NATO müttəfiqimiz Estoniya ilə həmrəydir və onun suverenliyinə istənilən təhlükəyə qarşıdır", - paylaşımda qeyd olunub.

Xatırladaq ki, Estoniya sərhədçiləri cümə axşamı bildiriblər ki, rusiyalı həmkarları bu yaxınlarda Narva çayının Estoniya tərəfində yerləşdirilmiş 50 naviqasiya buylarından (gəmi yollarını işarələmək üçün üzgəc-red.) 24-nü çıxarıblar. Estoniya tərəfi bildirir ki, Rusiya 2022-ci ildə Moskvanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra buyların mövqeləri ilə bağlı mübahisə edir. Buylar gəmilərin xarici sulara girməməsi üçün strateji olaraq sərhəd çayına yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR