Stoltenberq Fransanın NATO-ya sadiq qalacağını düşünür

NATO Baş katibi Yens Stoltenberq

© APA | NATO Baş katibi Yens Stoltenberq

# 13 iyun 2024 12:01 (UTC +04:00)

NATO-nun Baş katibi Yens Stoltenberq hətta ifrat sağçı bir hökumətin hakimiyyətə gəlişindən sonra belə Fransanın alyansın əsas üzvlərindən biri olaraq qalacağını gözləyir.

APA xəbər verir ki, bu barədə Baş katib Stoltenberq NATO müdafiə nazirlərinin iclasından əvvəl jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Mən Fransanın gələcəkdə də sadiq NATO müttəfiqi olaraq qalacağını gözləyirəm. NATO 32 üzvdən ibarət ittifaqdır, bizdə tez-tez seçkilər olur və məndən tez-tez soruşurlar ki, yeni hökumət NATO-nun tərəfdarı olacaqmı? Buna seçicilər qərar verməlidir, lakin təcrübə göstərir ki, sonda müttəfiqlər həmişə birləşiblər, çünki bu, ölkələrin öz maraqlarına da uyğundur”, - o qeyd edib.

Xatırladaq ki, Avropa Parlamentinə seçkilərdə Fransadan ifrat sağçı "Milli Birlik" partiyası digər partiyaları qabaqlayıb, səslərin 30 faizdən çoxunu qazanıb. Bunun ardınca Fransa Prezidenti Emmanuel Makron ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyini elan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR