Stoltenberq Rusiya ərazisinə zərbə endirmək üçün Ukraynanın Qərb silahlarından istifadə etməsini dəstəkləyib

NATO-nun baş katibi Yens Stoltenberq

© APA | NATO-nun baş katibi Yens Stoltenberq

# 25 may 2024 01:23 (UTC +04:00)

NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, Ukrayna Rusiya Federasiyasının beynəlxalq səviyyədə tanınmış ərazisində yerləşən hərbi obyektlərə zərbələr endirmək imkanına malik olmalıdır.

APA xəbər verir ki, Alyansın baş katibi bunu “The Economist” nəşrinə müsahibəsində deyib.

“Müttəfiqlərin Ukraynaya tədarük etdikləri silahların istifadəsinə qoyduğu bəzi məhdudiyyətləri götürüb-gətirməmək barədə düşünməyin vaxtı çatıb. Xüsusilə indi, döyüşlərin əhəmiyyətli hissəsi Xarkovda, sərhəddən çox da uzaq olmayan bir ərazidə gedirsə. Ukraynanın Rusiya ərazisindəki qanuni hərbi hədəflərə zərbə endirmək üçün bu silahlardan istifadə etmək imkanını rədd etmək onların müdafiəsini çətinləşdirmək deməkdir”, - Stoltenberq vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR