Bank Of Baku

Stoltenberq Ukrayna-NATO Şurasının iclasını çağırır

Stoltenberq Ukrayna-NATO Şurasının iclasını çağırır
# 27 avqust 2024 21:16 (UTC +04:00)

NATO-nun baş katibi Yens Stoltenberq Kiyevin xahişi ilə Ukrayna-NATO Şurasının iclasını çağırır.

APA xəbər verir ki, “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Alyansın sözçüsü Farah Dahlallah bildirib.

Onun sözlərinə görə, iclas avqustun 28-də baş tutacaq.

“Görüş səfirlər səviyyəsində baş tutacaq. Ukraynanın müdafiə naziri Rustem Umerovun videobağlantı vasitəsilə Alyans üzvlərini döyüş meydanındakı vəziyyət, qüvvə və imkanlara dair prioritet ehtiyaclar barədə məlumatlandırması gözlənilir”, - Dahlallah vurğulayıb.

Qeyd olunur ki, Ukrayna-NATO Şurası ötən il Alyans ilə Kiyev arasında daha sıx koordinasiyanı təmin etmək üçün yaradılıb. Şuranın iclasında adətən NATO-ya üzv ölkələrin səfirləri və Ukrayna rəsmiləri iştirak edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR