NATO Ukraynaya qoşun göndərməyi düşünmür.
APA xəbər verir ki, bunu NATO baş katibinin müavini Mirça Coane mayın 22-də “Tagesspiegel” qəzetinə müsahibəsində deyib.
“NATO-nun Ukraynaya əsgər göndərmək niyyəti yoxdur. Ukrayna da bizdən bunu tələb etmir. Ukraynalıların daha çox dəstəyə ehtiyacı var və indi bizim məqsədimiz budur”, - Coane vurğulayıb.
Baş katibinin müavini bildirib ki, NATO-nun qaydalarına görə, Alyansa daxil olmayan ərazilərə müdafiə üçün qoşun göndərilə bilməz.