Naxçıvanda 74 tona yaxın çətənə bitkisi məhv edilib

Naxçıvanda 74 tona yaxın  çətənə bitkisi məhv edilib
# 22 iyun 2024 18:23 (UTC +04:00)

Naxçıvanda 74 tona yaxın yabanı halda bitən çətənə bitkisi məhv edilib.


Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, Naxçıvan polisinin keçirdiyi “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Culfa RPŞ-nin əməkdaşları tərəfindən 755620 kol, Şərur RPİ-nin əməkdaşları tərəfindən 18500 kol, Ordubad RPŞ-nin əməkdaşları tərəfindən 5852 kol, Şahbuz RPŞ -nin əməkdaşları tərəfindən 9912 kol olmaqla, ümumi çəkisi 74 tona yaxın olan 789884 ədəd çətənə kolu yandırılaraq məhv edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR