Bank Of Baku

Ştutqartda avtomobil insan izdihamına çırpılıb, 1 ölü, 7 yaralı - YENİLƏNİB

Ştutqartda avtomobil insan izdihamına çırpılıb, 1 ölü, 7 yaralı - YENİLƏNİB
# 03 may 2025 02:29 (UTC +04:00)

Ştutqartda avtomobilin izdihama çırpılması nəticəsində bir nəfər ölüb.

APA xəbər verir ki, bu barədə şəhər prokurorluğu və polisin birgə məlumatında deyilir.

46 yaşlı qadın xəstəxanada dünyasını dəyişib. Hadisə nəticəsində daha 7 nəfər yaralanıb.

***

23:07

Almaniyanın Ştutqart şəhərinin mərkəzində, qatar stansiyasının yaxınlığında avtomobil insan izdihamına çırpılıb.

APA xəbər verir ki, bu barədə “X”-də şəhər polisindən məlumat verilib.

Polisin verdiyi məlumata görə hadisə nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisədə şübhəli bilinən qara rəngli “Mercedes” markalı avtomobilin sürücüsü saxlanılıb. Hadisənin qəza olub-olmadığı və ya sürücünün qəsdən hərəkət edib-etmədiyi hələlik məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR