Bank Of Baku

Sudanın sabiq prezidenti çirkli pulların yuyulmasında ittiham olunur

Sudanın sabiq prezidenti çirkli pulların yuyulmasında ittiham olunur
# 21 aprel 2019 06:54 (UTC +04:00)

Ordu tərəfindən devirildikdən sonra həbs edilmiş sabiq Sudan prezidenti Ömər əl-Bəşir çirkli pulların yuyulmasında və xarici valyuta haqqında qanunu pozmaqda ittiham olunur.

ONA-nın verdiyi xəbərə görə, bu barədə "Al-Ahdath News" qəzeti məlumat yayıb.

Eyni zamanda prokurorluq əl-Bəşiri külli miqdarda pul vəsaitini qanunsuz saxlamaqda ittiham edib. Belə ki, onun evinə baxış zamanı təxminən 352 min dollar, 6,7 milyon avro və 5 milyard Sudan funtu (təxminən 105 mln. dollar) aşkar edilib. Pulların ümumi məbləği təxminən 113 milyon dollar edib.

Götürülmüş pullar Sudan Mərkəzi Bankının xəzinəsinə köçürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR