Türkiyənin Milli Müdafiə Nazirliyi Suriyanın şimalında "Barış pınarı" əməliyyatı bölgəsinə hücuma hazırlaşdıqları təsbit edilən 3 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb.
APA xəbər verir ki, bu barədə nazirliyin sosial media hesabında açıqlama verilib.
"Bölgədə yeganə məqsədi qan tökmək olan PKK/YPG terrorçularına layiq olduğu şəkildə müdaxilə edirik. Qəhrəman Türk Silahlı Qüvvələrimiz tərəfindən təsbit edilən 3 PKK/YPG terrorçusu məhv edilib. Suriyanın şimalındakı Sülh Pınarı bölgəsinə hücum etməyə hazırlaşırıq" – açıqlamada bildirilir.