Tbilisidə hərbi parad keçirilir - FOTO

Tbilisidə hərbi parad keçirilir - FOTO
# 26 may 2024 11:07 (UTC +04:00)

26 may Gürcüstanın Müstəqillik Günü münasibətilə Tbilisidə hərbi parad keçirilir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, mərasimdə Gürcüstan Baş naziri İrakli Kobaxidze, Prezident Salome Zurabişvili, parlament sədri Şalva Papuaşvili, eləcə də digər dövlət və hökumət rəsmiləri iştirak edirlər. Mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirliyin digər əməkdaşları, eləcə də digər ölkələrin diplomatik nümayəndəliklərinin üzvləri iştirak edirlər. Gürcüstan Müdafiə Qüvvələrinin müxəlif qoşun növlərinin iştirak etdiyi paradda ordunun arsenalındakı müxtəlif artilleriya sistemləri nümayiş olunur.

Mərasimdə yeni çağırışçıların andiçmə mərasimi keçirilib.

Müstəqillik Günü ilə bağlı tədbirlər Gürcüstanın 18 şəhərində keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR