ABŞ Prezidenti Donald Trampın bu həftə Böyük Britaniyaya dövlət səfəri çərçivəsində Birləşmiş Ştatlarla Birləşmiş Krallıq arasında texnologiya və mülki nüvə enerjisi sahəsində sazişlər imzalanacaq.
APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilir ki, Böyük Britaniya bu fürsətdən istifadə edərək çoxdan gözlənilən ticarət razılaşması çərçivəsində polad tarifləri ilə bağlı məsələni yekunlaşdırmağa ümid edir.
Tramp və həyat yoldaşı səfərləri zamanı Britaniyanın krallıq ənənələri ilə qarşılanacaq.