Trüdo: Kanada Ukraynaya 15 milyon dollar vəsait ayıracaq

Kanadanın Baş naziri Castin Trüdo

© APA | Kanadanın Baş naziri Castin Trüdo

# 17 iyun 2024 08:29 (UTC +04:00)

Kanada Ukraynanın zədələnmiş enerji infrastrukturunun bərpasına 15 milyon dollardan çox vəsait ayıracaq.

APA xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trüdonun İsveçrədə keçirilən Sülh Sammitində iştirakından sonra yaydığı bəyanatda deyilir.

Trüdonun sözlərinə görə, Kanada zədələnmiş enerji avadanlığının və infrastrukturunun dəyişdirilməsi işində Ukraynaya dəstək verəcək.

Bundan əlavə, təxminən 12 milyon dollar Ukrayna ərazisinin minalardan təmizlənməsinə və BVF-nin Ukraynada iqtisadi islahatların təşviqi üzrə işinin maliyyələşdirilməsinə xərclənəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR